Azərbaycan üzrə Facebook statistikası


Rəqəmsal dinamika rubrikamızın ilk bölümündə dünyanın ən məşhur sosial şəbəkəsi Facebook-un bu günə olan statistik məlumatlarını Azərbaycan timsalında nəzərənizə çatdırırıq. Cəmi Facebook istifadəçisi

Facebook Business Manager-dən alınan məlumatlara görə hazırda Azərbaycan üzrə 1,5 milyon Facebook istifadəçəsi vardır ki, bu da dünya üzrə Facebook istifadəçilərinin 0,06 faizi deməkdir.


Bakının "əzəməti"

1,5 milyonluq Azərbaycan Facebook istifadəçilərinin nə az nə çox düz 85 faizi Bakının payına düşməkdədir. Bu rəqəm həm də əyani şəkildə Azərbaycanın iqtisadi, sosial dinamizminin episentrini, bir şəhərdə cəmlənməsini göstərməkdədir.


Gender balans Cəmi Facebook istifadəçiləri üzrə kişilərimiz 70 faizlə üstün vəziyyətdədirlər. Amma gəlin unutmayaq ki, konservativ kimliklərimizdən dolayı yoldaşlarının adından profil açan qadınlarımız da az deyil.


Yaş bölgüsü Alıcılıq qabiliyyəti yüksək olan əhalinin zaman etibarı ilə Facebook istifadəsindəki artımı bizneslər üçün bu platformanı daha cazibədar vəziyyətə gətirməkdədir.

Qonşularımız... Kiçik qonşumuzun böyük "aktivliyi". Maraqlıdır ki, Gücrüstanda aktiv Facebook istifadəçisi bizim iki qatımıza yaxındır. Turizm şirkətləri üçün əvəzedilməz fürsətdir, amma Gürcülərin ölkəmizə marağı varmı?

Bir Facebook iki Dövlət! Türkiyənin təqribən yarısı bu platformadadır. Eyvallah abi!

Böyük qonşumuzdan kiçik "aktivlik". Rusiyada Facebook istifadəçilərinin nisbət etibarı ilə az olmasının səbəbləri hamımıza məlumdur. VK və OK hegemoniyası!


#blogging #rqblog #facebookdynamics #facebookstatistics #facebookazerbaijan #facebook #digitalmarketing #digitalmarketingagency #socialmediamarketing #digitalcontent #contentmarketing

rq_cs_logo_v1.png